Sumqayıtda hava

Manşet, Cəmiyyət

Məcburi köçkünlərə bayram sovqatı paylandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti himayəyə götürd

Məcburi köçkünlərə bayram sovqatı paylandı
üyü məcburi köçkünləri daim diqqət mərkəzində saxlayır.

Məcburi köçkünlərə bayram sovqatı paylandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti himayəyə götürdüyü məcburi köçkünləri daim diqqət mərkəzində saxlayır.

Bu günlərdə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə 9 noyabr - Dövlət bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günü münasibətilə hər il olduğu kimi bayram payı aparılmışdır.

Bayramlar ərəfəsində noyabrın 12-də Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış məcburi köçkünlərə 32400 kq, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə 13770 kq, noyabrın 15-də isə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində, Dördyol-Mamırlı ərazisində məskunlaşmış məcburi köçkünlərə 85228,2 kq və Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərə 105300 kq ərzaq yardımı çatdırılmışdır. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilmişdir.

ARDNŞ nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları bayramlar münasibəti ilə təbrik etmiş, əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaqdır. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

socar.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR