Sumqayıtda hava

Hadisə

Abşeronda narkotik satan şəxs saxlanılıb

Abşeronda narkotik satan şəxs saxlanılıb


Abşeron rayonunda narkotik satışı ilə məşğul olan Gəncə şəhər sakini saxlanılıb.

Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində Gəncə Şəhər Kəpəz rayon sakini Vəliyev Murad Zahid oğlu şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı onun üzərindən 60 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, o, narkotik vasitəni satış məqsədi ilə Mehdiabad qəsəbəsinə gətirib.

Polisə ifadə verən Murad Vəliyev iki ildir ki, marixuana satışı ilə məşğul olduğunu deyib. Onun sözlərinə görə, əkərək becərdiyi marixuananı həm Gəncə, həm də Bakıda satıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Abşeronda narkotik satan şəxs saxlanılıb

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR