Sumqayıtda hava

Hadisə

Bakıda quyuya düşən 73 yaşlı şəxs xilas edilib

Bakıda quyuya düşən 73 yaşlı şəxs xilas edilib


Bakı şəhəri, Xəzər rayonunda bir nəfər su quyusunda köməksiz vəziyyətdə qalıb.

"YeniSumqayit.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə əsasən, Nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1942-ci il təvəllüdlü kişi dərinliyi təxminən 15 metr olan quyuya nərdivan vasitəsi ilə düşüb, halsız olduğundan oradan çıxa bilməyib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:48-də başa çatıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR