Sumqayıtda hava

Cəmiyyət

Abşeronlu gənc müsiqiçilər Gürcüstanda Novruz tədbirlərində iştirak edib

Abşeronlu gənc müsiqiçilər Gürcüstanda Novruz tədbirlərində iştirak edib


Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti ilə Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Novruz bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək məqsədilə Gürcüstana səfərdə olublar.

Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov bildirib ki, məktəbinin xalq çalğı alətləri orkestri martın 18-də Kutaisi şəhərində Azərbaycan klassik və xalq musiqisindən ibarət konsert proqramı ilə çıxış edib. Abşeronlu gənc müsiqiçilər sonrakı günlərdə Marneuli və Tbilisi şəhərində milli musiqi nümunələrimizi təqdim ediblər.

Bu kimi tədbirlərin Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişaf etdirilməsində, iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin yaradılmasında, milli musiqimizə maraq oyadılmasında böyük əhəmiyyətini qeyd edən İ. Manafov deyib ki, bu, Xırdalan şəhər Uşaq Musiqi Məktəbi kollektivinin Gürcüstana ilk səfəri deyil. Belə ki, məktəbin kollektivi Tbilisi və Marneuli şəhərlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbirlərdə də fəal iştirak ediblər.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR