Sumqayıtda hava

Cəmiyyət

Ansi Aqollidən millimizə dəstək (FOTO)

Ansi Aqollidən millimizə dəstək (FOTO)


"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli bu gün keçiriləcək Azərbaycan - Malta matçında millimizə dəstək olub.

Aqolli öz "instaqram" hesabından paylaşdığı foto ilə millimizə olan xüsusi rəğbətini bildirib.

Qeyd edək ki, Ansi Aqolli Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsindədir.

"Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik",- deyə "Qarabağ”ın futbolçusu deyib.

Albaniya mətbuatına danışan Ansi Azərbaycan - Ermənistan münaqişəsini unutmayıb:
"Məlum məsələdir ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidir. Klubda mənə deyildi ki, uduzsan, geri qayıtmaya bilərsən. Təbii ki, bu, zarafatdı. Ötən seçmə mərhələdə erməniləri məğlub edəndə klubdan mənə xüsusi mükafat verdilər. Ola bilsin ki, bu dəfə də qalib gələcəyimiz halda məni Azərbaycanda yenə mükafatlandıracaqlar”.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR