Sumqayıtda hava

Dünya

Xaricdə yaşayan milyarderlərimizdən xəbər var



Martın 27-də valyuta bazarlarında dolların qiymətinin ötən günə nisbətən dəyişməsi dünya zənginləri siyahısında olan 15 rusiyalı milyarderdən 9-u üçün itki ilə nəticələnib.

Dəyişiklik nəticəsində ayrılıqda Alişer Usmanovun 58,4 mln. dollar, Sergey Qalitskiyin 54,8 mln. dollar, Aleksey Mordaşovun 40,1 mln. dollar, Viktor Vekselberqin 33 mln. dollar, Vladimir Lisinin 32 mln. dollar və Dmitri Ribolovlevin 1,1 mln dollar, ümumilikdə isə 219,4 mln. dollar itirdikləri qeyd edilir.

Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vahid Ələkbərovun da daxil olduğu digər 9 milyarder isə ümumilikdə 891,9 mln. dollar itirib.

Ümumi məbləğin 425,8 mln. dollarını təkcə Vladimir Potanin itirib ki, ondan sonra bu siyahıda 202,8 mln. dollar ziyana düşən "Lukoyl"un rəhbəri Vahid Ələkbərov gəlir.

Siyahıda növbəti yerləri 90,9 mln. dollarla Leonid Mexelson, 76,5 mln. dollarla Mixail Proxarov, 49,5 mln. dollarla Andrey Melniçenko, 31,5 mln. dollarla Oleq Deripaska, 9,5 mln. dollarla Roman Abramoviç, 3,5 mln. dollarla Mixail Fridman və 1,9 mln. dollarla German Xan bölüşdürür.

Ümumilikdə isə ötən gecə rusiyalı 6 milyarderin gəliri ilə 9 zənginin itirdikləri arasındakı nisbət onların ümumilikdə 672,5 mln. dollar ziyana düşdüyünü göstərir.

Digər azərbaycanlı milyarder, iş adamı Mübariz Mənsimovun prezidenti olduğu "Palmali" Şirkətlər qrupu isə Türkiyənin turizm bölgəsi sayılan Bodrumda 400 min kvadrat metrlik ərazinin özəlləşdirilməsi tenderində qalib gəlib.

"Palmali" Şirkətlər qrupu 370 milyon lirə ödəməklə iki şirkətin qatıldığı tenderi qazanıb.

Türkiyə Baş Nazirliyi yanında Özəlləşdirmə İdarəsi Başqanlığı tərəfindən tenderə çıxarılan ərazidən liman, turizm və otel biznesi üçün istifadə edilə bilər.

Tenderin qazanılmasının ardından açıqlama verən "Palmali"nin nümayəndəsi Tolga Ağar ərazidə planlaşdırdıqları tikililərin Bodrumun arxitekturasına uyğun olacağını və bölgənin təbiətinə zərər verməyəcəyini deyib.

Qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov Bodrumda Port Bodrum Yalıkavak Marina adlı modern limana da sahibdir.

Milli.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR