Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın komandası Ağıl Oyunları Festivalının finalçıları arasında

Sumqayıtın komandası Ağıl Oyunları Festivalının finalçıları arasında


Aprelin 4-5-də Bakıda “Nə? Harada? Nə zaman?” oyunu üzrə III Ağıl Oyunları Festivalı keçiriləcək.

Festival Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və “Bakcell” şirkətinin dəstəyi, Azərbaycan Müəllimlər İnstitutu, “Xəzər” İntellektual Gənclər Klubu təşkilatçılığı ilə reallaşacaq.

Festivalın finalında Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki, Zaqatala, Mingəçevir, Qazax, Ağcabədi, Beyləqan, Biləsuvar, Lənkəran, Salyan, Cəlilabad, Şamaxı, Qubadan olan 70 komanda yarışacaq.

Qeyd edək ki, seçim turları martın 14-dən aprelin 1-dək respublikanın müxtəlif bölgələrində müəyyən olunmuş məntəqələrdə sinxron olaraq keçirilib. Seçim turları nəticəsində Bakıdan 45, regionlardan isə 25 komanda finala vəsiqə qazanıb.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR