Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıt dəmir yolu vağzalının binasının təmirinə başlanılır

Sumqayıt dəmir yolu vağzalının binasının təmirinə başlanılır


Gələn aydan etibarən Sumqayıt şəhərinin dəmir yolu vağzalının binasının əsaslı təmirinə başlanılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, Bakı-Sumqayıt dəmir yolu xətti yenidən qurulması işləri başa çatdıqdan sonra stansiyada əsaslı təmirə başlanılacaq. Artıq Sumqayıt dəmir yolu vağzalının yeni eskizi də hazırdır.

Qeyd edək ki, bu ilin martın 3-dən etibarən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilir. Bundan əlavə Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin köməkliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR