Sumqayıtda hava

Hadisə

Sumqayıtda yataqxanada yanğın: sakinlər binadan çıxarıldı

Sumqayıtda yataqxanada yanğın: sakinlər binadan çıxarıldı


Bu gün axşam saatlarında Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Sakinlərin verdiyi məlumata görə şəhərin 14-cü məhəlləsinddə yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən mənzillərin birində elektrik xətlərində yaranan nasazlıq yanğınla nəticələnib.

Yataqxananın ilk mərtəbəsində yaşayanlar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyyə edilib. Yanğın baş verən mənzilə ciddi ziyan dəyib.

Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra təxliyyə edilmiş sakinlər mənzillərinə qayıdıblar. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR