Sumqayıtda hava

Elan

Azərbaycan Müdafiə Nazirliyi hərbi ixtisaslara tələbə qəbulu elan edir

Azərbaycan Müdafiə Nazirliyi hərbi ixtisaslara tələbə qəbulu elan edir


Azərbaycan Müdafiə Nazirliyi hərbi ixtisaslara tələbə qəbulu elan edir.

"YeniSumqayit.az" Müdafiə Nazirliyinin saytına istinadla hərbi məktəblərə tələbə qəbulu qaydalarını təqdim edir.

2015-2016-CI TƏDRİS İLİ ÜÇÜN HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ TƏLƏBƏ QƏBULU QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 4 il
Yaş həddi : 15 sentyabr 2015-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublikası vətəndaşları (yalnız oğlanlar).
Azərbaycan Ali Hərbi Məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 manat məbləğində təqaüd alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU:
Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olmaq arzusunda olan namizədlər 2015-ci il aprel ayının 1-dən may ayının 10-dək ərizə ilə (ərizədə hərbi təsil müəssisəsinin adı göstərilməlidir) məktəb rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- tərcümeyi hal;
- tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- nikah haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
- evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4,5x6 sm ölçüdə;
- valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusundan təsdiq olunmuş razılıq ərizələri;
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- exokardioqrafiya;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrin nəticələri;
- qanın hepatit B və hepatit C-yə aid müayinələrin nəticələri;
- sidiyin ümumi analizi;
- psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
Bundan əlavə:
- Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin müayinəsinə aid tibbi sənəd də təqdim etməlidirlər.
- Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
III. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):
Birinci mərhələdə namizədlər, müvafiq olaraq Heydər Əliyev adına AAHM-də hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildirilir. Heydər Əliyev adına AAHM-ə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1-ci ixtisas qrupu üzrə test üsulu ilə keçirilən aşağıdakı fənlərdən qəbul imtahanı verirlər:
- Azərbaycan dili;
- Riyaziyyat;
- Fizika;
- Kimya;
- Xarici dil.
Test imtahanları Azərbaycan dilində keçirilir.
Namizədlər Heydər Əliyev adına AAHM-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər. Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində oxumaq arzusunda olan abituriyentlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra xüsusi seçimindən keçirilir və müvafiq məktəblərə göndərilirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayan Heydər Əliyev adına AAHM-ə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.
Məzunlara müxtəlif hərbi ixtisaslarla yanaşı ali təhsil haqqında bakalavr diplomu verilir.
QEYD:
- Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlərlə təmin olunurlar.
- Sənədlər Bakı şəhəri, Zığ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunur.
Əlaqə telefonu: (012) 479-78-43
- İmtahanın tarixi əlavə olaraq bildiriləcəkdir.
- Əlavə məlumatları məktəbin internet səhifəsindən (http://www.aahm.edu.az/) və ya məktəbin qəbul komissiyasından ala bilərsiniz.

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL QAYDALARI

Hərbi həkim işi ixtisası üzrə 2015-2016-cı tədris ili üçün qəbul qaydaları
I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 6 il
Yaş həddi : carı ildə ümumtəhsil məktəbinin 11-ci sinfində oxuyan, 15 sentyabr 2015-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər. Hərbi Tibb Fakültəsinə qəbul olan tələbələr ödənişsiz şərtlərlə təhsil alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 2015-ci il aprel ayının 1-dən may ayının 10-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- tərcümeyi-hal;
- tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş);
- nikah haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
- evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil baş geyimsiz (2 ədəd 3x4 sm ölçüdə, 2 ədəd 4,5x6 sm ölçüdə);
- 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri;
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
- qanın hepatit C və B-yə aid müayinələrinin nəticələri;
- sidiyin ümumi analizi;
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, çağırışçının qeydiyyat vəsiqəsi, tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
III. Hərbi Tibb Fakültəsinə qəbul iki mərhələdə həyata keçirilir:
Birinci mərhələdə namizədlər Hərbi Tibb Fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.
Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildirilir. Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunmaq üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılırlar.
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IV ixtisas qrupu üzrə test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
- Azərbaycan dili;
- Biologiya;
- Kimya;
- Fizika;
- Riyaziyyat.
Namizədlər Hərbi Tibb Fakültəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur.
Ünvan:Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı.
Əlaqə telefonu: (012) 541-13-36, (012) 430-85-03.
Naxçıvan Muxtar Respublikasında yaşayan Hərbi Tibb Fakültəsinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.

Hərbi Tibb Məktəbinə Feldşer ixtisası üzrə 2015-2016-cı tədris ili üçün qəbul qaydaları
I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 2 il
Yaş həddi : carı ildə ümumtəhsil məktəbinin 11-ci sinfində oxuyan, 15 sentyabr 2015-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşı keçməyən və ya müddətli hərbi xidmət keçmiş, ehtiyatda olan 23 yaşına qədər hərbi vəzifəli Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi Tibb Məktəbinə qəbul olmaq istəyən namizədlər 2015-ci il aprel ayının 1-dən may ayının 10-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- tərcümeyi-hal;
- tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş);
- nikah haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
- evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil baş geyimsiz (2 ədəd 3x4 sm ölçüdə, 2 ədəd 4,5x6 sm ölçüdə);
- 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri;
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
- qanın hepatit C və B-yə aid müayinələrinin nəticələri;
- sidiyin ümumi analizi;
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, çağırışçının qeydiyyat vəsiqəsi (və ya hərbi bilet), tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
III. Hərbi Tibb Məktəbinə qəbul iki mərhələdə həyata keçirilir:
Birinci mərhələdə namizədlər Hərbi Tibb Fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmə tarixi sənəd qəbulu vaxtı bildirilir.
Hərbi Tibb Məktəbinə qəbul olunmaq üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
- Azərbaycan dili;
- Kimya.
Namizədlər Hərbi Tibb Məktəbinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur.
Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı.
Əlaqə telefonları: (012) 541-13-36, (012) 430-85-03.
Naxçıvan Muxtar Respublikasında yaşayan Hərbi Tibb Məktəbinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.

C.NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYƏ QƏBUL QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 3 il
Yaş həddi : 15 sеntyabr 2015-ci il tariхədək 14 yaşı tamam оlmuş və 16 yaşı tamam olmayan ümumtəhsil məкtəblərinin 8-ci sinfini bitirmiş oğlanlar qəbul edilirlər.
Hərbi Lisеylərə qəbul оlmaq arzusunda olan namizədlər 2015-ci il aprel ayının 1-dən may ayının 10-dək Hərbi Lisеy rəisinin adına ərizə ilə müraciət еtməlidirlər.
Ərizəyə aşağdakı sənədlər əlavə оlunmalıdır:
- tərcümеyi-hal;
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti (nоtarius tərəfindən təsdiq оlunmuş);
- sinif rəhbəri tərəfindən yazılmış və məktəb dirеktоru tərəfindən təsdiq еdilmiş xasiyyətnamə;
- oхuduğu sinfin birinci yarımilliyinin qiymət cədvəli;
- 3x4 sm ölçüdə 4 ədəd, rəngli fоtоşəkil;
- 4,5x6 sm ölçüdə 2 ədəd, rəngli fоtоşəkil;
- validеynlərin və ya оnları əvəz еdən şəхslərin dövlət nоtariusu tərəfindən təsdiq еdilmiş razılıq ərizəsi;
- evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- burunətrafı boşluqların rentgenoqrafiyası;
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
- sidiyin ümumi analizi;
- qanın hepatit C və B-yə aid müayinəsinin nəticələri;
- nəcisdə helmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd;
- dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
- psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- xroniki və son 12 ay ərzində keçirdiyi yolxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatda olub-olmaması haqqında məlumatlar, ambulator xəstənin tibbi kartası (keçirilmiş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartasından çıxarışlar, rentgenoqrammalar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibbi kartası forma№26/U).
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, çağrışçının qeydiyyat vərəqəsi, ümumi orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəхsən təqdim оlunur.
Sənədlər Bakı şəhəri, Admiral Naхimоv кüç. 1, C.Naхçıvanski adına Hərbi Lisеydə qəbul оlunur.
Əlaqə tеlеfоnları: (012) 479-80-24, (012) 479-79-43
Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər, sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim etməlidirlər.
II. MƏRHƏLƏLƏR
Birinci mərhələdə namizədlər müraciət etdikləri Hərbi Lisеydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçmiş namizədlər internet vasitəsi ilə elektron ərizə doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin sənəd qəbulu komissiyasına gələrək elektron ərizəni təsdiq etdirir və qəbul imtahanının başlama tarixinə 3-5 gün qalmış Hərbi Liseyin sənəd qəbulu komissiyasından imtahana buraxılış vərəqəsi alırlar.
Hərbi həkim komissiyasının tarixi sənəd qəbulu vaxtı bildiriləcək.
İkinci mərhələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təşkil edilir. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
- Azərbaycan dili;
- Riyaziyyat;
- Fizika;
- Kimya.
Namizədlər hərbi lisеylərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər.
Elektron ərizələrin yazılma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri TQDK-nın saytında yerləşdirilir və kütləvi informasiya vasitələrində elan olunur.





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR