Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt şahmatçıları Azərbaycan çempionatının qalibləri sırasında

Sumqayıt şahmatçıları Azərbaycan çempionatının qalibləri sırasında


14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan Çempionatı başa çatıb

"YeniSumqayit.az"ın Azərbaycan Şahmat Federasiyasının saytına istinadla verdiyi məlumata əsasən, Respublika Şahmat Mərkəzində keçirilən Çempionatda 18 yaşadək qızlar arasında Aytən Əmrəyeva (Bakı) 7 oyundan 7 xal toplayaraq çempion adını qazanıb. Nərmin Məmmədova(Bakı) 5 xalla 2-ci, Xatun Bağırova(Bakı) 4.5 xalla 3-cü olub.

Eyni yaş oğlanların mübarizəsində Zaur Bayramov (Sumqayıt) aktivinə 7 xal yazaraq 1-ci yerin sahibi olub. Bakı şahmatçıları Ülvi Sadıxov və Vəli Zeynalzadə hərəyə 6.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.

16 yaşadək oğlanların yarışında İsmayıl Şahəliyev (Bakı) 11 oyundan aktivinə 9.5 xal yazaraq çempion adına layiq görülüb. Niyazi Nağdiyev (Bakı) və Pərviz Qasımov (Naxçıvan) hərəyə 8.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.

Eyni yaşlı qızların mübarizəsində isə Bakı təmsilçisi Nərmin Kərimzadə 9 oyundan 8 xal toplayaraq çempion olub. Naxçıvan şahmatçısı Aynur Kətanova 7.5 xalla çempionatın gümüş, Lənkaran şahmatçısı Nəzrin Mirzəzadə isə 6.5 xalla bürünc mükafatçısı olub.

14 yaşadək oğlanlar arasında Kənan Qarayev (Bakı) və Murad İbrahimli (Sumqayıt) 11 oyundan hərəyə 9.5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Kənan Qarayev çempion adına layiq görülüb. Andrey Mustafin isə 7.5 xal toplayaraq 3-cü yerin sahibi olub.

Xanım Balacayeva 11 oyundan 11 xal toplayaraq 14 yaşadək qızlar arasında çempion adıııını qazanıb. Aytac Heydərova 9 xalla 2-ci, Susan Məmmədova isə (Ucar) 7.5 xalla 3-cü pillənin sahibi olub.

Xatırladaq ki, Çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilirdi və yarışın əsasnaməsinə görə, bütün yaş qrupları üzrə 1-ci yeri tutan şahmaçılar Dünya Çempionatına, 2-ci yerin sahibləri isə Avropa Çempionatına vəsiqə qazanıblar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR