Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt sakinlərindən örnək davranış (VİDEO)

Sumqayıt sakinlərindən örnək davranış (VİDEO)


Bir neçə məhəllənin sakinləri bir araya gələrək istirahət etdikləri parkdakı ağacları qorumaq üçün onları nömrəliyıblər. Belə bır təşəbbüs şəhərın uşaq baxçalarından birində də həyata keçirilib.

Üç, dörd, beş, iyirmi, yüz səkkiz. Ağaclar nömrələnib qeydiyyata alınıb. Bu rəqəmlər ağaclara elə belə vurulmayıb. Sumqayıt şəhərində bir neçə məhəllənin sakinləri bir araya gələrək maraqlı bir addım atıblar. Onlar istirahət etdikləri parkda ağacların kəsilməsinin qarşısını almaq üçün oradakı ağacları nömrəliyiblər.

Parkdakı 69 ağacı nömrələməklə kifayətlənməyən qonşular buradakı ağacların sayını bir qədərdə artırıblar. Beləki onlar öz hesablarına ərazidə yeni ağaclar əkiblər. Ağacların təmiz hava almağımızda önəmli rolu olsada heçdə hamı bunu anlamır. Sakinlərin sözlərinə görə onlar ağacları gecələr kəsildiyini hiss etdikdən sonra nömrələməyə başlatıblar.

Gələcəkdə ağaclara qənim kəsilən böyüklər olmasın deyə şəhərin uşaq baxçalarının biridə bu cür təşəbbüslə çıxış edib. Beləki bağça ərazisindəki ağaclar da nömrələnib və uşaqlar arasında ağacları qorumaq təbliğatı aparılır. 39 saylı uşaq bağçasında 108 ağac nömrələnib.


Xezerxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR