Sumqayıtda hava

Dünya

Şəhriyar Məmmədyarov beynəlxalq şahmat festivalında mübarizəsini davam etdirib

Şəhriyar Məmmədyarov beynəlxalq şahmat festivalında mübarizəsini davam etdirib


Martın 27-də Moskva şəhərində start götürən ənənəvi “Aeroflot Open 2015” beynəlxalq şahmat festivalında 2-ci turun oyunları başa çatıb. Festival 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar ) üzrə 9 turdan ibarət keçirilir.

Yarışda 13 ölkədən, ümumilikdə 310 şahmatçı iştirak edir.

"YeniSumqayit.az"ın Azərbaycan Şahmat Federasiyasının saytına istinadla verdiyi məlumata əsasən, ölkəmizi Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (A-turnir), Namiq Quliyev, Orxan Abdulov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Nərmin Kazımova,Abdulla Qədimbəyli (B-turniri),Qulam Məmmədov, Teymur Salayev, Cavidan Qurbanzadə və Fərid Mustafayev (C-turniri) təmsil edirlər.

A qrupunda 59 beynəlxalq qrossmeyster daxil olmaqla 72 zəka sahibi öz qüvvəsini sinayır. Turnirin favoriti sayılan Şəhriyar Məmmədyarov ilk tura qələbə ilə başlasada, 2-ci turda yerli şahmatçı İldar Xismatullinə məğlub olub.

Bu qrupda mübarizə aparan digər iştirakçımız Rauf Məmmədov isə 1-ci turda Mixail Mozarovla heç-heçə edib, 2-ci turda Almaniyalı Denis Vaqner üzərində qələbə qazanıb.

B turnirində mübarizə aparan təmsilçilərimizdən Orxan Abdulov ilk turda Aleksandr Qavrilov üzərində qələbə qazanıb. 2-ci turda isə Mert Yılmazyerli ilə xalları yarı bölüb.

Namiq Quliyev isə hər iki turda rəqibləri ilə sülh bağlayıb.

Günay Məmmədzadə ilk turda məğlubiyyətlə üzləşib. 2-ci turda isə Qazaxıstan təmsilçisi Mamirbay Asadli üzərində qələbə qazanıb.

Beləliklə, 2 turdan sonra Rauf Məmmədov və Orxan Abdulov 1.5 xal, Şəhriyar Məmmədyarov, Namiq Quliyev və Günay Məmmədzadə 1 xal toplayıblar. Gülnar Məmmədova, Nərmin Kazımova və Abdulla Qədimbəyli hələlik aktivlərinə xal yaza bilməyiblər.

C turnirində mübarizə aparan həmyerlilərimizdən, Qulam Məmmədov və Teymur Salayev 1 xal, Fərid Mustafayev və Cavidan Qurbanzadə 0.5 xal toplayıblar.

Şəhriyar Məmmədyarov beynəlxalq şahmat festivalında mübarizəsini davam etdirib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR