Sumqayıtda hava

Cəmiyyət

"Azərbaycanlıların soyqırımı günü" Sumqayıtda anılıb

"Azərbaycanlıların soyqırımı günü" Sumqayıtda anılıb


"Azərikimya" İstehsalat Birliyinin akt zalında 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, iştirakçılara 31 Mart hadisələri haqqında geniş məlumat verilib.

Çıxış edənlər azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlərlə üzləşməsindən, indi Ermənistan adlandırılan ərazidən - min illər boyu öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmasından, minlərlə tarixi-mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran edilməsindən bəhs ediblər.

1918-ci ilin mart ayında Bakı, Şamaxı, Salyan, Quba, Lənkəran, Göyçay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur mahallarında və Naxçıvan Muxtar Respublikasında erməni vandalları görünməmiş vəhşiliklər törətmiş, üç gün davam edən qırğın və dağıntılar zamanı ümumilikdə minlərlə kənd yerlə-yeksan edilmiş, 100 minlərlə azərbaycanlının həyatına son qoyulmuşdur.

İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev azərbaycanlıların öz doğma yurd-yuvalarından qovulduğu, repressiyalara məruz qaldığı həmin günləri XX əsr dünya tarixinin ən qanlı səhifələrindən biri adlandırmış və bu soyqırımı erməni daşnaklarının təxminən 200 ildən artıq davam etdirdiyi, düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli antiazərbaycan siyasətinin kütləvi deportasiya və soyqırım ilə müşayiət olunan davamı kimi qiymətləndirib.

YAP Sumqayıt şəhər Təşkilatının Şura üzvü Vəzirxan Ənsərov qeyd edib ki, bu gün soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsini ürək ağrısı və ehtiramla yad edirik. Bu hər birimizin vətənpərvərlik, azərbaycançılıq borcumuzdur və hamımız böyük minnətdarlıqla xatırlayırıq ki, bu ənənənin təşəbbüskarı xalqımızın dahi, müdrik rəhbəri Heydər Əliyev olub.

Ulu öndər 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart gününü “Azərbaycanlıların soyqırımı günü” kimi rəsmiləşdiməklə böyük bir uzaqgörənliklə xalqımız üçün mühüm bir xidmət göstərə bilib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılaraq, onların siyasi riyakarlığı, saxtakarlığı, özgə torpaqlarına göz dikərək, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə bəlli olub.

"Azərbaycanlıların soyqırımı günü" Sumqayıtda anılıb


"Azərbaycanlıların soyqırımı günü" Sumqayıtda anılıb





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR