Sumqayıtda hava

Cəmiyyət

Çingiz Abdullayev və Bəhram Bağırzadə "Neftçi"də (FOTOLAR)

Çingiz Abdullayev və Bəhram Bağırzadə "Neftçi"də (FOTOLAR)


Martın 31-də ARDNŞ-nin Baş ofisində “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

"YeniSumqayit.az"ın məlumatına görə Şirkətin prezidenti Rövnəq Abdullayev iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanda fəaliyyət göstərən futbol klublarının idarəçilik sistemini müasir tələblər səviyyəsində qurmaq məqsədi ilə həmin klubların ictimai idarəçilik sisteminə keçirilməsi məqsədəuyğun bilinib və AFFA İcraiyyə Komitəsinin bu barədə qərarı var.

SOCAR tarixən Azərbaycan neftçilərinin futbol klubu olmuş “Neftçi”nin idarəçiliyini ictimailəşdirməklə bu sahədə də birinci olduğunu futbol ictimaiyyətinə nümayiş etdirir.

İlk addım kimi “Neftçi” Peşəkar Futbol Klubu “Neftçi İdman Klubu” İctimai Birliyinin tərkibinə verilmişdir. İctimai Birlik yenə də Futbol Klubuna dəstək verməkdə davam edəcək, Klubun idarəçiliyini isə yeni yaradılmış Müşahidə Şurası həyata keçirəcəkdir.

Müşahidə Şurasına Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edəcək. Şurada “Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov, veteran futbolçulardan Mübariz Zeynalov və Səməd Qurbanov, baş sponsor olan SOCAR-dan vitse-prezidentin müavini Cəbrayıl Cəbrayılov və Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov, habelə rejissor-aktyor Bəhram Bağırzadə təmsil olunurlar.

Şuranın qərarına əsasən, Klubun İcraçı direktoru vəzifəsi təsis edilmiş və həmin vəzifəyə Elnur Məmmədov seçilib.

Ç.Abdullayev göstərilən etimad üçün təşəkkürünü bildirərək, Şuranın qarşısında duran vəzifələrdən danışıb.

Şura üzvü B.Bağırzadə həmkarları adından yeni qurumun futbolun kütləviliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görəcəyini və bu sahədə mövcud təcrübədən, eyni zamanda Türkiyə və digər ölkələrin futbol klublarının təcrübəsindən istifadə edəcəklərini söyləyib.

Çingiz Abdullayev və Bəhram Bağırzadə "Neftçi"də (FOTOLAR)

Çingiz Abdullayev və Bəhram Bağırzadə "Neftçi"də (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR