Sumqayıtda hava

Siyasət

Azərbaycanlı deputat: "24 aprel günü Azərbaycanda da qeyd edilsin."

Azərbaycanlı deputat: "24 aprel günü Azərbaycanda da qeyd edilsin."


Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa facebook sosial şəbəkəsində maraqlı təkliflə çıxış edib.

"YeniSumqayit.az" Millət vəkilinin təklifini təqdim edir:

"Bu gün ANS TV-də Günəbaxan verilişində bir təkliflə çıxış etdim. Bu təklifi imkan olsa Milli Məclisdə də səsləndirəcəyəm.

Bildiyiniz kimi, 24 apreldə yalançı "erməni soyqırımı"nın 100 illiyi İrəvanda qeyd olunacaq. 24 aprel günü Türkiyədə də Çanaqqala Zəfərinin 100-cü ildönümü bayram ediləcək. Təklif etdim ki, 24 apreldə Türkiyə ilə birlikdə həmrəyliyimizi nümayiş etdirmək üçün Azərbaycanda da məhz 24 aprel günü Çanaqala Zəfərinin 100 illiyi rəsmi şəkildə qeyd olunsun.

Soruşula bilər ki, bizə nə aidiyyatı? Arqumentim aşağıdakılardır:

1) Tez-tez qürurla bildiririk ki, bu savaşda könüllü qatılmış yüzlərlə azərbaycanlı şəhid olmuşdur, onların ruhunu yad etmək üçün bu bir qədirşünaslıq addımı olardı. Biz 9 mayı da o arqumentlə qeyd edirik ki, Böyük Vətən müharibəsində azərbaycanlılar döyüşüb, şəhid və ya qazi olublar, SSRİ-nin yaşaması üçün fədakarlıq edən bu soydaşlarımızın xatirəsini əziz tutmaq üçün ediriksə, niyə Çanaqqalada öz türk millətimiz üçün döyüşənlərə eyni münasibət bəsləməyək?

2) 24 aprel yalançı "erməni soyqırımı"na qarşı eyni gündə bir türk zəfərini ifadə edən tədbir keçirməyimiz, ciddi bir iradə nümayişi və ermənilərin təbliğatına qarşı bir addım ola bilər. 10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin, bir saatlıq da atəşfəşanlıq olsun, bununla yoxsullaşmayacağıq ki?

3) Türkiyədə geniş masştabda Xocalı soyqırımı qeyd olundu və bizimlə möhtəşəm birlik göstərdilər, bizim də eyni həmrəyliyi göstərməyimizin həm dünyaya təbliği, həm də hər iki ölkənin insanlarına müsbət təsiri olar.

Hətta yaxşı olardı ki, həmin gün Qars və ya Ərzurumda Türk və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatı da olsun. Bu təklifin qəbul olunmaması üçün hansısa bəhanə görmürəm. Ümid edək ki, rəsmi səviyyədə anlayışla qarşılanacaqdır."





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR