Sumqayıtda hava

İqtisadiyyat

Bakı-Xırdalan-Sumqayıt dəmir yolu təmir edilir (FOTO)

Bakı-Xırdalan-Sumqayıt dəmir yolu təmir edilir (FOTO)


Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə ”Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 11 km yol əsaslı təmir olunub.

Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Bakı-Xırdalan-Sumqayıt dəmir yolu təmir edilir (FOTO)

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR