Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb

Sumqayıt Dövlət Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb


Sumqayıt Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rektor Elxan Hüseynov çıxışında daşnakların 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətdiklərini, on minlərlə soydaşımızı qətlə yetirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilib, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək azərbaycanlı şəhid olub, bir milyondan çox həmvətənimiz doğma torpaqlarından qovulub.

Tədbirdə vurğulanıb ki, gənclərin bu faciələr barədə, xalqımızın başına gətirilən soyqırımı aktları ilə bağlı məlumatlı olması və tariximizi daha dərindən öyrənmələri üçün martın 31-i universitetdə keçirilən ilk dərs saatı Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.

Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin iki yüz ilə yaxın tarixi olduğunu bildirib və azərbaycanlıların öz doğma torpaqlarından deportasiya edilməsindən bəhs edib.

Professor Aslan Bayramov, tarix fakültəsinin II kurs tələbəsi İbrahim Zeynallı, şair Əvəz Mahmud Lələdağ və başqaları çıxışlarında ermənilərin dəhşətli əməllərinin bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymət verilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyətini vurğulayıblar.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR