Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda istedadlı tələbələrin bədii-yaradıcılıq festivalı keçirilib (FOTOLAR)

Sumqayıtda istedadlı tələbələrin bədii-yaradıcılıq festivalı keçirilib (FOTOLAR)


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə aprelin 1-də Sumqayıt Dövlət Universitetində ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivlərinin festivalının birinci mərhələsi keçirilib. Tədbir Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirin əsas məqsədi tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival, həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

Festival çərçivəsində tələbələr əsasən bədii qiraət, ifa, rəqs və musiqi nömrələri üzrə məharətlərini göstəriblər.

Qeyd edək ki, festivalın ikinci mərhələsinin nəticələri məlum olduqdan sonra may ayının birinci ongünlüyündə qaliblərin iştirakı ilə yekun konserti keçiriləcək.

Sumqayıtda istedadlı tələbələrin bədii-yaradıcılıq festivalı keçirilib (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR