Sumqayıtda hava

Hadisə

Azərbaycanda xüsusi əməliyyat; silahlı dəstə tutuldu

Azərbaycanda xüsusi əməliyyat; silahlı dəstə tutuldu


Respublikanın daxili işlər orqanları Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

"YeniSumqayit.az"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərirn kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.

Balakən sakinləri olan bu şəxslərin 2-si əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR