Sumqayıtda hava

Cəmiyyət

FHN-nin Sumqayıt Regional Mərkəzi tədbir keçirib

Aprelin 2-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Uşaq Yaradıcılıq Mərkəzində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

"YeniSumqayit.az"ın Nazirliyin saytına istinadla verdiyi məlumata əsasən, əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilk tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilib.

Daha sonra “Dəm qazı təhlükəsi” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və təbliğat materialları, bukletlər paylanılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR