Sumqayıtda hava

Dünya

Putin böyük savaşa hazırlaşır

Putin böyük savaşa hazırlaşır


2015-ci ilin yanvar-fevral aylarında hərbi xərcləri kəskin artıran Rusiya rəhbərliyi indiyə kimi görünməmiş miqyasda döyüşlərə hazırlaşır.

Bu barədə rusiyalı iqtisadçı, prezident Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov öz bloqunda qeyd edib.

Onun sözlərinə görə, Vladimir Putinin hakimiyyətə gəldiyi andan 2014-cü ilin yanvarına qədər müddətdə hərbi xərclər illik ÜDM-in 2,5-3,2%-ni təşkil edib və həmişə artım meyli müşahidə edilib. 13 il ərzində hərbi xərclər 2,6 dəfə artıb və 12,6 trln rubl və ya $ 429 mlrd təşkil edib.

İllarionov bildirib ki, Ukrayna müharibəsinə ayrılan pullar Rusiya büdcəsinin bütün xərclərinin üçdə birini təşkil edir. Keçmiş müşavir Krımın işğal edildiyi dövrdə hərbi xərclərin kəskin artmasını misal kimi göstərib. Belə ki, 2014-cü ilin fevral-aprel aylarında Rusiyanın hərbi xərcləri $31 mlrd və ya ÜDM-in 6,7%-i qədər olub. “Bu, bütün büdcə xərclərinin 27,7%-inə bərabərdir”, - deyə İllarionov vurğulayır.

ANS PRESS





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR