Sumqayıtda hava

Cəmiyyət

Azərbaycan Ordusu gecə təlimləri keçirib (FOTOLAR)

Azərbaycan Ordusu gecə təlimləri keçirib (FOTOLAR)


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

"YeniSumqayit.az"ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, təlimlərdə Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Gecə təlimlərində pilotlar silahların tətbiqinin əsas üsulları üzrə atışları yerinə yetiriblər.

Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Ordusu gecə təlimləri keçirib (FOTOLAR)

Azərbaycan Ordusu gecə təlimləri keçirib (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR