Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda futbol günü

Sumqayıtda futbol günü


10 dekabr - Ümumdünya futbol günü münasibətilə "Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıtda yoldaşlıq oyunu keçirilmişdir.
Planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilən və bütün dünyada qeyd olunan bu gün, futbolçuları və idmanın bu növünün sadiq azarkeşlərini birləşdirən bayram olduğundan "Azərikimya" İB "Sumqayıt" Futbol Klubunun əməkdaşlarını, şəhərin veteran futbolçularını və futbolsevərləri bir araya gətirərək, onlara bayram ovqatı bəxş etmək qərarına gəlmişdir.
Tədbirdə iştirak və çıxış edən "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və "Sumqayıt" Futbol Klubunun vitse-prezidenti Vaqif Ömərov, Sumqayıtın veteran futbolçusu Telman Salahov tədbir iştirakçılarını Ümumdünya futbol günü münasibətilə təbrik etmiş, azarkeşlərə bol-bol qol sevinci, komandalara uğurlar arzulamışlar.
Sonra futbolçular yaşıl meydancaya dəvət olunmuşlar. "Kapital Bank Arena"da "Azərikimya" İB və "Sumqayıt" FK-nun əməkdaşlarının birləşmiş komandası ilə şəhərin veteran futbolçularından ibarət komanda arasında yoldaşlıq görüşü keçirilmişdir.
Qeyd edək ki, birləşmiş komandanın tərkibində "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov, texniki direktor Frank Bernhardt, məşqçilər - İlham Yadullayev, Samir Abasov, Etibar Tarıverdiyev, Vəfadar Quliyev, İsmayıl Məmmədov, Azad Mütəllimov kimi tanınmış simalar çıxış edirdi.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində və azarkeşlərin böyük mənəvi dəstəyi ilə keçən yarışında uzun illərin təcrübəsi öz sözünü demiş və şəhərin veteran futbolçulardan ibarət komandası oyunun sonuna qədər əzmkarlıq nümayiş etdirərək 5:4 hasabı ilə qalib gəlmişdir.
Görüşün sonunda yarışda iştirak edən futbolçulara tədbirin təşkilatçısı olan “Azərikimya” İB tərəfindən üstündə "Sumqayıt" FK-nun futbolçularının imzaları olan futbol topları hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.

Sumqayıtda futbol günü

Sumqayıtda futbol günü

Sumqayıtda futbol günü

Sumqayıtda futbol günü

Sumqayıtda futbol günü

Sumqayıtda futbol günü





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR