Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universiteti Avropa təhsil sisteminə inteqrasiya edir

Sumqayıt Dövlət Universiteti Avropa təhsil sisteminə inteqrasiya edir


Sumqayıt Dövlət Universitetində Avropa Müstəqil Akkreditasiya Agentliyinin ekspertləri ilə ali məktəbdə akkreditasiyaya hazırlığın vəziyyətinə dair görüş keçirilib. Görüşdə proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi üzrə bakalavriat, enerji menecmenti üzrə magistratura pillələrinə akkreditasiyaya hazırlığın vəziyyəti müzakirə edilib.

Öncə ekspertlər layihə çərçivəsində tədris olunan fənlərlə maraqlanıblar. Onlar professor-müəllim heyəti ilə görüşüb, dərs vəsaitləri ilə tanış olub, laboratoriyalara baş çəkib, tələbələrin praktik işlərinin icrasına nəzarət ediblər.

Sonra rektor Elxan Hüseynov proqramın akkreditasiyaya hazırlıq vəziyyəti barədə məlumat verib.

Bildirilib ki, Azərbaycanın təhsil sistemi Boloniya prosesinə qoşulub. SDU təhsilin gələcək inkişafını nəzəri biliklərlə yanaşı, təcrübəyə əsaslanan Avropa təhsil sisteminə inteqrasiyada görür. Beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetləri ilə əlaqələrini yaratmaq əsas məqsəd kimi qarşıya qoyulub.

Rektor qeyd edib ki, ali məktəb TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olub. Universitetdə 8 müasir tədris laboratoriyası yaradılıb və bu laboratoriyalar yüksək avadanlıqlarla təchiz edilib. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.

Azərbaycanda təhsil sisteminin sürətlə inkişaf etdiyini və heç də Avropa təhsil sistemindən geri qalmadığını bildirən qonaqlar, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, beynəlxalq əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdılar.

Ekspertlər ümumi müzakirədən sonra müəyyən tövsiyyələrini verdilər.

Qeyd edək ki, yekun nəticə iyun ayında açıqlanacaq və qalib universitetə sertifikat təqdim olunacaq.

AZƏRTAC





Цитата
  • Natta

  • 11 iyul 2015 10:47
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Oyunun başlanma saatına yaxınlaşdıqca stadionun ətrafında avtkilik getdikcə artır,azarkeşlər saat 19:00dan etibarən stadionda oz yerlərini tutmağa başlayırlar.Fanklublar qəbul olunmuş qaydada qapı arxasındakı sektorlarda oz yerlərini alırlar,bannerlərini yerləşdirirler.Beləliklə oyun başlayır.Komandaların heyətlərinə diqqət yetirsək Italiyanın Milan səhərinin Inter klubunun ilk 11-liyində bir dənə də olsa italyan futbole7u yoxdur,qoca qurdlardan isə Cambiasso nu qeyd etmək olar,qalan heyət isə gənc,adətən ehtiyat skamyada əyləşən futbole7ulardır.Nefte7inin start heyətinde isə sadəcə gənc oyune7u Nurəhmədovu surpriz kimi gostərmək olardı.Ilk hissədə fcmumən Nefte7inin Interdən e7ox oz həyəcanı ilə mfcbarizə apardığını soyləmək olar,baxmayaraq ki,stadion oz meydanımızdır,tfcrklər demişkən stadion tıklım-tıklım doludur.Interin adı ilə oz həyəcanına qarşı mfcbarizə aparan Nefte7i birinci hissədə demək olar hee7nə ilə yadda qalmadı.Yadda sadəcə Interin hfccumları və Nefte7inin etdiyi səhvləri nəticəsində buraxdığı 3 qol qaldı birinci hissədə.Fasiləyə kimi bir dəfə Flavinyo qola yaxın oldu.Fasiləyə 3 buraxılmış qol ilə yollandıq.Ikinci hissəyə dəyişikliklərlə e7ıxdıq.Fasilədə məşqe7ilərin psixoloji,taktiki tapşırıqları oz bəhrəsini tezliklə gostərdi,Canales qol vuraraq fərqi iki topa endirdi.Təəssfcf ki,oyun başlayandan bəri komandamızın fiziki cəhətdən zəif olduğu ozfcnfc oyunun gedişatında gostərirdi.Təkbətək mfcbarizədə,adi toxunuşlarda udan tərəf rəqib oyune7ular olurdu.Ikinci hissədə Nefte7i ikinci dəfə qol vura bilərdi.Sadəcə olaraq standart vəziyyətdən Bertucci nin ustalıqla yerinə yetirdiyi zərbəni Interin qapıe7ısı e7ətinliklə də olsa uzaqlaşdıra bildi.Oyun 1 – 3 hesabı ilə sona e7atdı.
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR