Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda daha 25 min ağac əkiləcək

Sumqayıtda daha 25 min ağac əkiləcək


Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonunun 2-ci mərhələsi çərçivəsində Sumqayıtda yazın gəlişi ilə bağlı növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiya Bakı-Quba avtomagistralının Sumqayıt ərazisindən keçən 26-cı kilometrliyindən başlayıb. Zülfü Hacıyev və Sülh küçələrində, şəhərin mədəniyyət və istirahət parklarında, digər ərazilərdə sərv, şam, kedr, lyandra, alyandra, kipariz tingləri və dekorativ bəzək kolları əkilib, ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb.

Şəhərin əksər küçələrində təmizlik işləri aparılıb.

Marafonun 1-ci mərhələsində şəhərdə 120 hektar ərazidə qazon salınıb, Bakı-Quba avtomagistral yolunun Sumqayıt ərazisindən keçən hissəsində 40 min nar tingi əkilib.

İkinci mərhələdə 50 min ağacın əkilməsi nəzərdə tutulub. Artıq bu günə kimi 25 mindən çox ağac əkilib.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR