Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Təmiz ekologiya-Sağlam həyat” layihəsinin növbəti seminarı keçiriləcək

“Təmiz ekologiya-Sağlam həyat” layihəsinin növbəti seminarı keçiriləcək


ATGTİ Ekologiya işçi qrupu təqdim edir.

“Təmiz ekologiya - Sağlam həyat” adlı layihəsinin növbəti seminarı ATGTİ-də baş tutacaq.

Bu seminarda siz "Ətraf mühiti qorumaq bizə nə üçün lazımdır?" sualına cavab tapacaqsınız.

Məlumat üçün bildirək ki, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinə “Təmiz ekologiya - sağlam həyat” adlı layihə təqdim edib və müsabiqənin qaliblərindən biri olub. İctimai birlik layihə çərçivəsində respublikamızın müxtəlif regionlarında bir sıra təlim-seminarlar təşkil etmişdir.

Seminar haqqında qısa məlumat və layihənin məqsədi:
- Ekoloji maarifləndirmənin əhəmiyyəti
- Ekoloji maarifləndirməyə nəzəri və praktiki yanaşma
- Ekoloji maarifləndirmənin sağlam həyat üçün faydalılığı
- Təmiz ekologiyanın cəmiyyətin sağlam inkişafına təsiri
- Gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrinin artırılması və onlarda ekoloji mədəniyyətin formalaşdırılması
- Gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək
- İnsanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək
- Əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq.
Bəs biz bunları bacarsaq, əslində nələr əldə edə bilərik?
Seminara hər biriniz dəvətlisiniz. Gəlin birlikdə düşünək və düşündürək !

Seminar “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB-nin sədri və “Təmiz ekologiya - Sağlam həyat” layihəsinin rəhbəri Yəhya Babanlı tərəfindən 11.04.2015-ci il, saat 11:30 tarixində ATGTİ-nin ofisində keçiriləcəkdir.

Seminarda iştirak etmək istəyən şəxslərdən 10 aprel, 2015-ci il tarixindən gec olmayaraq qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyatdan keçən hər kəs seminarda iştirak edə bilər.

Seminarda iştirak tamamilə ödənişsizdir.

Əlavə suallarınız olarsa, ATGTİ Ekologiya işçi qrupunun rəsmi facebook səhifəsinin inboxuna və ya aşağıda göstərilən emailə müraciət edə bilərsiniz:
https://www.facebook.com/atgtiekologiya
E-mail: atgti.eko@yandex.ru

Ünvan: Bakı ş., 28 May küç. 9/13; 23 nömrəli məktəblə üzbəüz





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR