Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda təhsil alan tələbələr informatika olimpiadasında iştirak edib

Sumqayıtda təhsil alan tələbələr informatika olimpiadasında iştirak edib


Aprelin 5-də Qafqaz Universitetində 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib.

Açılış mərasimini giriş sözü ilə açan Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə tədbirlər görüldüyünü bildirib. Onun sözlərinə görə, tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradan və ölkəmizdə gələcək kadr potensialının yetişməsinə xidmət edən bilik yarışmalarının keçirilməsi təqdirəlayiq haldır.

BDU-nun dosenti Ramin Mahmudzadə 2007-ci ildən müntəzəm olaraq keçirilən müsabiqənin şərtləri haqqında məlumat verib. O, yarışma zamanı komandalara kompüterdə 5 saat ərzində 10 alqoritmik məsələnin proqramlaşdırılması tapşırığının verildiyini bildirərək məsələlərin həllinin onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılacağını qeyd edib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova bilik yarışmalarının İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin müəyyənləşdirilməsi, onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb edilməsi və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə imkan yaratdığını vurğulayıb.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç, RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Naxçıvan Dövlət Universitetinin Həmkarlar Komitəsinin sədri Elşən Məmmədov bu kimi olimpiadaların keçirilməsinin əhəmiyyətindən söz açıblar.

Sonra olimpiadanın I mərhələsi keçirilib. İlk mərhələdə 14 ali təhsil müəssisəsindən hər birində 3 tələbə olmaqla, 50 komanda iştirak edib. Müsabiqədə Bakı ilə yanaşı, Gəncə, Naxçıvan və Sumqayıtda yerləşən ali təhsil müəssisələri komandaları ilə təmsil olunublar.

Qeyd edək ki, olimpiadanın final mərhələsi aprelin 26-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qaliblər “HP” şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

ict.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR