Sumqayıtda hava

Cəmiyyət

Afrikalı qonaq Sumqayıtda olub

Afrikalı qonaq Sumqayıtda olub


Aprelin 3-də Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri Vika Xumalonun rəhbərlik etdiyi nümayəndə heyəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində olub.

"YeniSumqayit.az"ın SKSP MMC-nin saytına istinadla verdiyi məlumata əsasən, MMC-nin direktoru vəzifəsini icra edən Nazim Talıbov qonaqlara sənaye parkı haqqında ətraflı məlumat verib, parkın ölkədə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradıldığını qeyd edib.

Diqqətə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyata alınıb. Artıq “Azertexnolayn” MMC-nin 3 zavodu sənaye parkının ərazisində fəaliyyət göstərir. SKSP-in digər rezidentləri olan “SOCAR Polymer” MMC və “Azerbaijan Fibro Cement” MMC tərəfindən istehsal avadanlıqlarının gətirilməsinə başlanılıb.

Görüş zamanı qonaqlara rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib, Parkın təqdimatı keçirilib və sənaye parkına dair 3D formatlı videoçarx nümayiş etdirilib.

Səfir Vika Xumalo görüşdən məmnunluğunu ifadə edırık, Sumqayıt Kimya Sənaye Parkının gözəl bir model olduğunu vurğulayıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR