Sumqayıtda hava

Cəmiyyət

Tələbələrə xaricdə təhsillə bağlı seminar keçirildi

Tələbələrə xaricdə təhsillə bağlı seminar keçirildi


Aprelin 4-də Sumqayıt Gənclər Evində Sumqayıt Dövlət Universitetinin tələbələri üçün xaricdə təhsillə bağlı seminar keçirilib.

"YeniSumqayit.az"ın Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla verdiyi məlumata əsasən, peşəkar təlimçilər tərəfindən keçirilən seminarda tələbələrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında, IELTS, Erasmus proqramı, bu proqramların üstünlükləri, eləcə də xaricdə təhsil və yay məktəbləri barədə geniş məlumat verilib.

Eyni zamanda seminarda xaricdə təhsil üçün aidiyyatı orqanlara müraciət və digər prosedur qaydalar haqqında tələbələrə geniş məlumat verilib.

Sonda təlimçilər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR