Sumqayıtda hava

İqtisadiyyat

Bakı-Sumqayıt dəmir yolu Avropa Oyunlarınadək tam təmir ediləcək

Bakı-Sumqayıt dəmir yolu Avropa Oyunlarınadək tam təmir ediləcək


Bakı ilə Sumqayıt arasında sərnişin daşımalarının sürətləndirilməsi üçün dəmir yolu infrastrukturu müasirləşdirilir.

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun yenidən qurulması sərnişin daşımaları tələbatını ödəməyə və avtomobil nəqliyyatının alternativini təmin etməyə imkan verəcək. Hazırda elektrik qatarları Sumqayıta Sabunçu-Zabrat-Pirşağı yolu ilə hərəkət edir. Bir tərəfə getmək isə 1 saatdan da çox vaxt aparır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmiri işlərinə martın 3-dən start verilib və bu günədək 16 kilometr yol təmir olunub. Hazırda daha 3,4 kilometr yolun təmirinə başlanılıb.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Əsaslı təmir işləri birinci Avropa Oyunlarınadək başa çatdırılacaq.

N.Əzməmmədov, həmçinin Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda istifadə olunmaq üçün yeni elektrik qatarlarının alınması ilə bağlı danışıqların aparıldığını da vurğulayıb.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR