Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

"SABAH"-ın Könüllüsü olmaq istəyənlər üçün

"SABAH"-ın Könüllüsü olmaq istəyənlər üçün


“SABAH-ın Könüllüsü” nədir?

Proqram SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

“SABAH-ın Könüllüsü”nün fəaliyyət növləri hansılardır?

Komanda quruculuğu, görüşlər və şəbəkələşmə
ATM daxili aksiyalar və tədbirlər
Komandalar arası yarış və müsabiqələr
Ölkə səviyyəli və beynəlxalq tədbirlərdə iştirak şansı
«SABAH ÇAĞIRIŞI»

Kimlər “SABAH-ın Könüllüsü” ola bilər?
SABAH qruplarının mövcud olduğu 7 ali təhsil müəsisəsi - Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan tələbələr “SABAH-ın Könüllüsü” ola bilərlər.

“SABAH-ın Könüllüsü” olmaq üçün nə etməliyəm?
“SABAH-ın Könüllüsü” olmaq üçün qeydiyyat formasını doldurmaq lazımdır.

Əlavə suallar və bizimlə əlaqə üçün konullu.sabah@edu.gov.az ünvanına müraciət edin.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR