Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Teatrının aktyorları Türkiyədə

Sumqayıt Teatrının aktyorları Türkiyədə


Sumqayıt Dövlət Dram Teatrı aprelin 11-də Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi 7-ci "İnadına" teatr festivalina yola düşəcək.

Festivalda Azərbaycanı təmsil edəcək Sumqayıt Dövlət Dram Teatrı Əziz Nesinin "Öldür məni, can-ciyər" tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşu teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmova məxsusdur. Tamaşada əməkdar artistlərdən Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərov oynayırlar.

Festival çərçivəsində tamaşa aprelin 16-da oynanılacaq.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR