Sumqayıtda hava

Manşet, Cəmiyyət

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)


“Azərikimya” İB-nin müəssisələrində növbəti iməcilik keçirilib. İməcilikdə Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin və Birliyin İdarəetmə aparatının kollektivləri iştirak ediblər.

İməcilikdə Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış və bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazisində 1000 ədəd Şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilanar, badam, xurma və digər növ ağaclar əkilib.

Birlik rəhbərliyinin də iştirak etdiyi iməciliklərdə Etilen-polietilen zavodunun əməkçiləri müəssisənin “EP–300” və “Polimer–120” istehsalat sahələrində, Təmir-tikinti idarəsinin işçiləri isə yeni tikilmiş və bu yaxınlarda istifadəyə verilməsi planlaşdırılan sənaye-sanitar laboratoriyasının həyətində əvvəlki iməciliklər zamanı əkilmiş ağaclara aqrotexniki qulluq göstəriblər.

Qeyd edək ki, ötən ilin payız iməcilikləri də daxil olmaqla, bugünə qədər bioremediasia sahəsində kimyaçılar tərəfindən 7000 ədəd müxtəlif növ ağac əkilib. İməciliklərin aprel ayının sonunadək davam etdirilməsi nəzərdə tutulub.

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)

Kimyaçılar Sumqayıtın yaşıllaşdırılmasına öz töhfəsini verir (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR