Sumqayıtda hava

Elan

Reanimasiya - Müasir İncəsənət Sərgisi

Reanimasiya - Müasir İncəsənət Sərgisi


“Reanimasiya” sərgi layihəsi Azərbaycanın əməkdar incəsənət xadimi və müstəqil kurator Səbinə Şixlinskayanın “Kuratorluq təcrübələri. Sərgi layihəsinin yaradılması.” mövzusunda, Yarat!-qeyri-kommersiya müasir sənət məkanının təşəbbüsü sayəsində keçirilən master-klaslarının nəticəsidir.
Teatr özündə müxtəlif sahələri birləşdirən, ədəbiyyatdan başlayaraq sirkədək, incəsənətin ən mürəkkəb sahəsidir. Teatrın ən unikal xüsusiyyəti onda idi ki, onun inkişafı həmişə bütovlükdə cəmiyyətin inkişafından və mədəniyyətin vəziyyətindən ayrılmaz idi.
Muzeylər isə, öz növbəsində, keçmiş hadisələr və insanlar haqqında yaddaşı saxlayan informasiyanın qoruyucularıdır.
Layihədə bu iki böyük sosial institut-Teatr və Muzey, bir ümumi-teatrın muzey haqqında danışdığı məkanda birləşmişdir. 75 ildən çox yaşı olan Azərbaycan Teatr Muzeyi fundamentalistlər tərəfindən, sonra isə sovet hakimiyyətinin bütün təqiblərinə baxmayaraq insanların səyləriylə yaradılmışdı, onlar milli teatra aid olan bütün məlumatları və o illərin hadisələrini yaddaşda saxlamaq istəyirdilər. Bunun nəticəsində, Azərbaycan Teatrının inkişafını əks etdirən zəngin arxiv və foto-sənədlərin kolleksiyası toplandı.
Muzey Dövlət statusu aldıqdan sonra, Muzey Mərkəzində yerləşdi.
"Reanimasiya" layihəsi muzeyin ənənəvi və adi ekspozisiyasına muzeyin arxiv materialları əsasında öz art-layihələrini yaratmış gənc rəssamların gözləriylə baxmağı təklif edir. "Reanimasiya" inkişaf edən cəmiyyətin mühüm hissəsi olan Teatra keçmiş diqqətin bərpasına yönəldilmiş, müasir cəmiyyət tərəfindən diqqətsizlik vəziyyətində olan teatrın arxivinə yeni yanaşması olan altı rəssamın işlərinin məcmusudur.
Layihədə altı rəssam iştirak edir - Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şamsiev, Vəfa Asadi və Könül Rəfiyeva.
Kurator qrupunun tərkibi: Ulviyə Həsən (ideya müəllifi), Məhbarə Abbasova (koordinator), Hatəm Əliyev, Zöhrab Salamzadə, Orxan Qarayev, Yelena Djetere, Nurziyyə Xəlilova.

Tarix: 17 - 27 Dekabr
Yer: C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Giriş sərbəstdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR