Sumqayıtda hava

Hadisə

Bakıda DƏHŞƏT: ər arvadını avtobusda öldürdü (FOTO)

Bakıda DƏHŞƏT: ər arvadını avtobusda öldürdü (FOTO)


Bakıda qətl hadisəsi baş verib.

Hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib. Əldə edilən məlumata görə, sözügedən hadisə Sumqayıt yolunda baş verib. Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka" adlanan ərazidə dayanıb və qətli törədən Məmmədov Namiq Hacı oğlu hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Xəstəxanadan bıçaqlanan qadının öldüyünü təsdiqləyiblər. Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR