Sumqayıtda hava

Hadisə

Xəzər dənizində həyəcan

Xəzər dənizində həyəcan


Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin əlavə qüvvələri də cəlb olunub.

Bundan başqa, axtarışlarda Nazirliyin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsinin əməkdaşları da iştirak edir.

Axtarışlar davam edir, əlavə məlumat veriləcək.

Qeyd edək ki, aprelin 7-də FHN-nin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR