Sumqayıtda hava

Cəmiyyət

Qubadlı məktəbliləri üçün "Açıq dərs" keçirilib

Qubadlı məktəbliləri üçün "Açıq dərs" keçirilib


Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda keçirilən növbəti açıq dərsdə Qubadlı rayonunun Mərdanlı və Saray kənd tam orta məktəblərinin 11-ci sinif şagirdləri iştirak ediblər.

Ötən ilin noyabr ayından başlayan dərslərə indiyədək rayonun 31 ümumtəhsil məktəbindən 400 şagird qatılıb. Onlar Abşeron rayonu, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən məktəblərin şagirdləridir.

Məktəblilərə Ümummilli Liderin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli kadrların yetişməsi, müstəqil dövlət təsisatlarının yaranmasında Ulu Öndərin müstəsna xidmətləri qeyd edilib.

Bildirilib ki, açıq dərslərin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarını, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün bunları gənc nəsillərə çatdırmaqdır. Vurğulanıb ki, çağdaş tariximizin 40 ili Ulu Öndərin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilib.

Diskussiya şəraitində aparılan açıq dərsdə şagirdlərin sualları cavablandırılıb.

Sonra şagirdlər Ulu Öndərin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlar, fotoşəkil və kitablarla tanış olub, sənədli filmə baxıblar.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR