Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Humanizm naminə” qanvermə aksiyası

Sumqayıtda “Humanizm naminə” qanvermə aksiyası


Aprelin 10-da Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı, şəhər səhiyyə şöbəsinin dəstəyi ilə “Humanizm naminə” devizi altında qanvermə aksiyası keçirilib.

Aksiya zamanı 105 nəfər bu xeyirxah məramlı tədbirdə qan verib.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları əvvəlcə tələbələrin sağlamlıq durumunu müəyyənləşdiriblər. Götürülən qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyi bildirilib.

Aksiyanın keçirilməsinin əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Universitetin tələbə və əməkdaşları qanvermə aksiyasına könüllü qatılıb və bu cür aksiyaların təşkilini yüksək qiymətləndiriblər.

Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR