Sumqayıtda hava

Cəmiyyət

Oğlunu həbs etdirən azərbaycanlı generaldan məmurlara dərs

Oğlunu həbs etdirən azərbaycanlı generaldan məmurlara dərs


Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Nəriman Nərimanovun heykəli yaxınlığındakı restoranlardan birində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ilə dava düşüb.

Hadisədən xəbər tutan general, oğlunun hərəkətinə qəzəblənərək onu öncə özü möhkəm tənbeh edərək, sonra polisə təhvil verib.

Generalın öz oğlunun hərəkətlərinə qarşı bu cür addım atması barədə Milli Məclisin hüquq siyasəti və komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Modern.az-a açıqlamasında bunları deyib:

“Baş verən hadisə mətbuatda geniş müzakirə olunur. Təbii ki, Tamerlan Əsədullayevin həbs olunmasını atası Şərif Əsədullayev xahiş edib. Dərhal polis orqanları ilə əlaqə saxlayıb. Atanın öz doğma övladının törətdiyi hadisəni gizlətməmək onun qanunun aliliyinə hörmətini göstərir. Bu fakt azərbaycanlı məmurdan digər məmurlara bir nümunədir”.

Deputatın sözlərinə görə, Şərif Əsədullayev 30 ildən artıqdır ki, polis orqanlarında fəaliyyət göstərir.

“Şərif Əsədullayevin özü də 30 il ərzində günahkarların istintaqa cəlb edilməsi sayəsində xeyli işlər görüb. Bu cür addımın atılması digər məmurlara da nümunə olmalıdır. Hər bir məmur övladının törətdiyi hadisələri gizlətməyə çalışmamalı, əksinə, öz əlləri ilə məsuliyyətə cəlb etməlidirlər”.

Qeyd edək ki, Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR