Sumqayıtda hava

Cəmiyyət

İsrail süfrəsi üçün Azərbaycan xörəkləri

İsrail süfrəsi üçün Azərbaycan xörəkləri


Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyası artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi üçün böyük iş aparır. Bu günlərdə Assosiasiya yeni bir layihə həyata keçirib.

Nəfis tərtibatlı “Azərbaycan kulinariyası” açıqcalar dəsti çap edilib. Açıqcaların hərəsi Azərbaycan mətbəxinin ən populyar milli xörək və şirniyyat növlərindən birinə - qutab, plov, düşbərə, paxlava, mütəkkə və başqa yeməklərə həsr edilib. Hər bir açıqcanın arxa tərəfində həmin yeməyin hazırlanması qaydası ivrit dilində çap edilib.

“Azİz” assosiasiyasının baş direktoru Lev Spivak deyir:

-Hər hansı xalqın adətləri və mədəniyyəti ilə yaxından tanış olmaq üçün hökmən həmin xalqın milli yeməklərini dadmaq lazımdır. Biz isə İsrail sakinlərinə Azərbaycan milli yeməklərini müstəqil şəkildə hazırlamaq imkanı da vermək istəyirik. Əminik ki, bu gözəl açıqcalar dəsti ağzının dadını bilən hər kəs üçün yaxşı hədiyyə olmaqla yanaşı, yəhudi və Azərbaycan xalqlarını bağlayan daha bir kiçik tel olacaq. Mən çox istəyirəm ki, bizdə hər bir ailəyə məlum olan və hamının xoşladığı bütün yeməklər israillilərin də xoşuna gəlsin.

Açıqcalar dəstinin nəşrinə məsul olan Şaul Siman-Tov qeyd edib ki, bu dəstin yaradılmasına israilli məşhur restorator, İsraildə Qafqaz xalqlarının kulinariyasının ən yaxşı bilicilərindən biri hesab edilən Alik Davudov kömək edib. Desertlərin reseptlərini isə əslən Bakıdan olan israillilər tərəfindən 15 ildən çox əvvəl açılmış “Natali” qənnadı fabriki təqdim edib. Bu gün həmin fabrikin məhsulları ölkənin bütün ticarət obyektlərində satılır və heç vaxt piştaxtalarda qalmır.

Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyası daha bir unikal açıqcalar dəstini təqdim etməyə hazırlaşır. Bu dəstin təqdimat mərasimi qeyri-adi şəkildə keçəcək: məşhur “İnter Şef” kulinar kollecində təşkil olunacaq təqdimat mərasiminə israilli jurnalistlər dəvət ediləcək. Onlar bu mərasimdə ustad dərsinin iştirakçıları olacaq, açıqcalarda təsvir edilən yeməklərin hazırlanması prosesini seyr edəcək, sonra isə onların dadına baxacaqlar.

İsrail süfrəsi üçün Azərbaycan xörəkləri

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR