Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda nə qədər dini icma var? (SİYAHI)

Azərbaycanda nə qədər dini icma var? (SİYAHI)


Azərbaycan hər zaman tolerant bir ölkə kimi tanınıb. Məhz buna görə ölkədə onlarla müsəlman və qeyri-müsəlman dini icması fəaliyyət göstərir.

Müsəlman dini icmaları arasında tarixi olan qurum Qafqaz Müsəlmanları İdarəsidir. Azərbaycanda təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini icmaların Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ var.

İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. Yəni QMİ tərəfindən din xadimi təyin edilməyən məscidlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmır.

Dini etiqad azadlığı haqqında qanuna əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. 2009-cu il dən etibarən ümumilikdə 598 dini icma qeydiyyatdan keçərək, fəaliyyətlərini davam etdirirlər. Həmin icmaların 577-si müsəlman, 21-i isə qeyri-müsəlman dini icmasıdır.

Azərbaycanda fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların siyahısını təqdim edirik:

1. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu
2. Bakı şəhəri Dağ Yəhudiləri dini icması
3. Bakı Krişna Şüuru dini icması
4.“Yeni Həyat” Xristian incil dini icması
5. Azərbaycan Yəhudiləri dini icması
6. Sumqayıt şəh., “Molokan ruhani-xristian” dini icması
7. “Sumqayıt Yəhudiləri” dini icması
8. Bakı şəh., “Molokan ruhani-xristian” dini icması
9. Quba r-nu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması
10. Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması
11. Avropa Yəhudilərinin Bakı dini icması
12. Gürcü Yəhudilərinin Bakı dini icması
13. Qobustan r-nu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması
14. Bakı şəhəri Bəhai d.i.
15. Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması
16. Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icması
17. Xilaskar Yevangelik Lüteranların Bakı dini icması
18. Sumqayıt şəhəri Bəhai dini icması
19. Oğuz şəhəri Alban-Udi Xristian dini icması
20. “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu
21. “Həyat sözü” Xristian dini icması.

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR