Sumqayıtda hava

Cəmiyyət

Abituriyentlər ərizələrini Sumqayıtda təsdiq etdirə bilərlər

Abituriyentlər ərizələrini Sumqayıtda təsdiq etdirə bilərlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib.

Komissiyadan verilən məlumata görə, ali təhsil müəssisələrinə I,II,III və IV ixtisas qrupları üzrə ərizə qəbulu davam edir. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq elətdirməli olan əcnəbilər və vətəndaşlığı olmayan gənclər, həmçinin xaricdə təhsil almış Azərbaycan vətəndaşları ərizələrini TQDK-da və onun Naxçıvan, Gəncə, Lənkəran, Xaçmaz, Şəki, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində təsdiq etdirə bilərlər.

Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər institutunun Qazax filialında yaradılmış SQK-da təsdq etdirməlidirlər.

Ərizə qəbulunun tam mətni, elektron ərizə verən abituriyent üçün təlimat, tələb olunan sənədlər, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.

TQDK Sənəd Qəbulu Komissiyalarının ünvanlarını təqdim edib:

Bakı şəhəri üzrə

1.Bakı Dövlət Universiteti
2.Azərbaycan Texniki Universiteti
3.Azərbaycan Dövlət Pedaqoji Universiteti
4.Azərbaycan Turizm və Menecement Universiteti
5.Azərbaycan Müəllimlər İnstitutu
6.Qafqaz Universiteti
7.Xəzər Universiteti
8."Azərbaycan" Universiteti
9.Bakı Biznes Universiteti

Regionlar üzrə

1. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
2. Gəncə Dövlət Universiteti
3. Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
4. TQDK-nın Naxçıvan MR Regional Bölməsi
5. Sumqayıt Dövlət Universiteti
6. TQDK-nın Lənkəran Regional Bölməsi
7. Mingəçevir Politexnik İnstitutu
8. Azərbaycan Müəllimlərin İnstitutunun Şəki, Qazax, Ağcabədi, Cəilabad, Quba, Şamaxı və Zaqatala filialları.

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR