Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt məktəbliləri mükafatlandırılıblar

Sumqayıt məktəbliləri mükafatlandırılıblar


11 aprel 2015-ci il tarixində Sumqayıt Gənclər Evinin akt zalında müxtəlif müsabiqə və yarışların şəhər və zona mərhələlərində yüksək nailiyyət əldə etmiş məktəblilərlə görüş keçirilib.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev son illər şəhər təhsilində gənclərin əldə etdikləri nailiyyətlərdən bəhs edib, bu nəaliyyətlərin dövlətin yeniyetmə və gənclərin inkişafı üçün yaratdığı əlverişli şərait sayəsində mümkün olduğunu nəzərə çatdırıb.

Təhsil Şöbəsinin Metodiki Mərkəzinin direktoru, Respublikanın əməkdar müəllimi Sabir Məmmədov inşa yazılarında Sumqayıt məktəblilərinin Ülu Öndərə və Azərbaycan dilinə məhəbbətinin, səmimi duyğularının tərənnüm edildiyini xüsusilə vurğulayıb.

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, Respublikanın əməkdar müəllimi Nizami Əhmədov Sumqayıt məktəblilərini şəhər, respublika və beynəlxalq miqyaslı müsabiqə və yarışlarda əldə etdikləri uğurlar münasibətilə səmimi qəlbdən təbrik edib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş inşa müsabiqələrində I, II, III yerləri tutmuş, Fənn Olimpiadalarının respublika mərhələsinə vəsiqə qazanmış məktəblilərə Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri, həmçinin “Şahin” hərbi-idman oyununun şəhər birinciliyində I, II, III yerləri tutmuş komandalara fəxri fərmanları və kubokları, Fənn Olimpiadalarının zona mərhələsində II və III yeri tutmuş məktəblilərə, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinə, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərlərinə və rəsm müəllimlərinə Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR