Sumqayıtda hava

Cəmiyyət

Çilili futbolçu: “Sumqayıt”la oyunumuz ağır keçir (MÜSAHİBƏ)

Çilili futbolçu: “Sumqayıt”la oyunumuz ağır keçir (MÜSAHİBƏ)


Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə 2:0 hesabı ilə qalib gələn "Neftçi"nin hücumçusu Nikolas Kanales jurnalistlərin suallarını cavablandırıb.

Paytaxt derbisində dubl edən çilili futbolçu komandasının qələbəsi və Premyer Liqamızın səviyyəsi haqda danışıb.

- Kubok matçının ilk oyununda "İnter"ə 2:0 hesabı ilə qalib gəldiniz…

- Bizim üçün ağır oyun oldu. Çünki “İnter” hər zaman yaxşı oyun nümayiş etdirir. Son iki oyunda onlara məğlub olmuşduq. Amma bu dəfə yaxşı oyun sərgilədik və qələbə qazandıq.

- Son turlarda məhsuldarlığınla seçilirsən. Artıq əvvəlki formana qayıtdığını söyləmək olar?

- Son turlardakı oyunlar əvvəlkilərdən xeyli fərqlənir. Rəqiblərimiz də güclü təsir bağışlayırlar. İnanmıram ki, Premyer Liqanın bombardiri mövsümün sonuna qədər iyirmi qol vursun. Bununla belə, özümə inamım artıb və imkanlardan yararlanıb qollar vururam.

- İlk oyundakı qələbəyə baxmayaraq cavab qarşılaşmasında şansların eyni olduğnu söyləmək olar?

- Təbii ki, arxayınlaşmaq olmaz. Çünki “İnter” öz meydanında çox yaxşı təsir bağışlayır. Statistikaya baxsanız, bizim orada çox qol vura bilmədiyimizi görərsiniz. Cavab qarşılaşmasında fərqli sistemlə oynamaq lazımdır ki, qol buraxmayaq.

- Belə oyunla finalda da qələbə qazanacağınıza inanırsan?

- Məncə, belə oynasaq, qələbə qazana bilərik. Çoxdandır, belə yaxşı oyun sərgiləmirik.

- Necə düşünürsən, “Neftçi”yə gəldiyin 2012/2013 mövsümü ilə müqayisədə Premyer Liqanın səviyyəsi aşağı düşüb?

- Bəzi klublarda maliyyə problemləri var. Ona görə də həmin komandalar artıq bizə rəqib ola bilmirlər. Bu da çempionatın səviyyəsinə mənfi təsir göstərir. Ancaq deməzdim ki, çempionatın səviyyəsi aşağı düşüb. Bəzi komandalar daha yaxşı oyun sərgiləyir. Məsələn, “Sumqayıt” haqda mənfi fikir söyləyə bilmərəm. Onlarla oyunumuz ağır keçir. Yəni hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR