Sumqayıtda hava

Cəmiyyət

Heydər Əliyev Sumqayıtda anıldı

Heydər Əliyev Sumqayıtda anıldı


Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 10 dekabr 2014-cü il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur!” adlı dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Mərkəzin hazırladığı “Ümummilli Lider” adlı sənədli filmi seyr etmişlər.
Daha sonra İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev Ümummilli Liderin xilaskarlıq missiyasından, onun əsasını qoyduğu müdrik siyasi kursun bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən bəhs etmişdir. O, bənzərsiz tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırmışdır.
Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü Ceyhun Məmmədov, Sumqayıt şəhər Gigiyena və Epidimiologiya Mərkəzinin həkimi Səbinə Təhməzli, ”ASAN könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rəşad Məmmədov isə çıxışlarında Heydər Əliyevin böyük siyasi və dövlət xadimi olduğu, öz həyatını və siyasi fəaliyyətini həmişə vətəninə və xalqına həsr etməsi, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi altında ölkənin bütün sahələrində görülmüş işlər barəsində çıxış etmişlər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR