Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə (FOTO)

Sumqayıt Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə (FOTO)


Aprelin 14-də Sumqayıt Dövlət Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib.

SDU-nun prorektoru Nizami Namazov çıxış edərək Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsindən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində atılan mütərəqqi addımlardan danışıb.

Vurğulanıb ki, ölkədə multikulturalizmin inkişafında dövlətimizin başçısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Çünki etnik qrupların milli mənsubiyyətlərinin qorunub saxlanmasında, onlar üçün yeni məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında Heydər Əliyev Fondunun xidmətləri danılmazdır.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş məsləhətçisi Rəvan Həsənov Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyəti, onun xüsusiyyətləri və bu siyasətin XX əsrin sonu – XXI əsrin əvvəllərində uğurla həyata keçirilməsi barədə ətraflı məlumat verdi.

Diqqətə çatdırıldı ki, Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin qarşısına qoyduğu əsas məqsəddir.

Universitetin fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov və xarici dil kafedrasının müdiri, professor Nigar İsgəndərova Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olduğunu, respublikamızın dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını diqqətə çatdırıblar.

Sumqayıt Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə (FOTO)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR