Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq diqqət mərkəzindədir

Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq diqqət mərkəzindədir


Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün sənaye, xüsusilə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, infrastruktur, turizm və digər sahələrdə geniş imkanlar var.

Bu fikri aprelin 14-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib.

Görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, indiyədək ölkələrimiz arasında 25-dən çox sənəd imzalanmış, ticarət əlaqələri dinamik inkişaf edir, Azərbaycan şirkətləri Serbiyada uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir.

Baş nazir Aleksandr Vuçiç qonaqpərvərliyə görə təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Serbiya iqtisadiyyatı barədə məlumat verən A.Vuçiç ölkəsində yol tikintisi sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətinin uğurlu fəaliyyətini vurğulayıb, Azərbaycan iş adamlarını iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə layihələrdə fəal iştiraka dəvət edib.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR