Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Azərbaycanın ilk propilen zavodu Sumqayıtda tikiləcək

Azərbaycanın ilk propilen zavodu Sumqayıtda tikiləcək


Layihənin 40%-lik səhm paketi holdinqlər arasında bölüşdürüləcək

Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşü zamanı İtaliyanın “Maire Technimont” Mühəndislik Şirkətlər Qrupu və “SOCAR-Polymer” arasında Sumqayıt Polipropilen zavodunun inşası layihəsi üzrə müqavilə imzalanıb.

Müqavilə “SOCAR-Polymer”-in baş direktoru Fərid Cəfərov və “Maire Technimont” şirkətinin icraçı direktoru Pieroberto Folsiero tərəfindən imzalanıb.

“Maire Technimont” ilə “SOCAR-Polymer” arasında ilkin mühəndislik çalışmaları həyata keçirilib və Sbit Qiyməli Açar Təslim EPC tipli müqavilə üzrə polipropilen zavodunun və ümumi təsərrüfat blokunun tikilməsi üçün razılaşma əldə olunub. Müqavilənin ümumi dəyəri 350 mln. avrodur.

Layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.

İllik gücü 180 min ton təşkil edəcək polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək. Azərbaycanın ilk propilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır.

Polipropilen-qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur.

Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xaricdən idxal edir.

Müqavilənin şərtlərinə görə, 2017-ci ilin sonuna polipropilen zavodu tam hazır olmalıdır. 2018-ci ilin sonuna isə polietilen zavodunun inşası başa çatacaq.

“SOCAR-Polymer” bu layihələrə yönəldəcəyi vəsaiti ötən ilin sonunda “Qazprombank”dan alıb. Xatırladaq ki, ötən ilin dekabr ayında SOCAR “Qazprombank”dan 420 mln dolların cəlb edilməsi ilə bağlı müqavilə imzalayıb.

Layihənin əsas səhmdarı SOCAR-dır.

“Bundan başqa, layihəyə ölkənin 3 əsas holdinqi - “PASHA Holding”, “Gilan Holding” və “Azersun Holding” də cəlb olunacaq. Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək”.

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR