Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində Heydər Əliyev mərkəzi açılıb

Sumqayıt Dövlət Universitetində Heydər Əliyev mərkəzi açılıb


Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib. Əvvəlcə Ulu Öndərin SDU-dakı büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Mərasim çərçivəsində universitetdə yaradılmış Heydər Əliyev Mərkəzinin açılışı olub.
SDU-nun tələbələrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra mərasim iştirakçıları mərkəzdə türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin qranitdən hazırlanmış barilyefi, ona aid kitablar və sənədlərlə tanış olublar. Mərkəzdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi dövrü, hakimiyyətdə olduğu illərdə fəaliyyətini əks etdirən fotolardan və sənədlərdən ibarət ekspozisiya nümayiş olunur.
Universitetin foyesində Prezident İlham Əliyevə həsr olunmuş fotoguşə də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mərasimdə çıxış edən SDU-nun rektoru Elxan Hüseynov, təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev Ümummilli Liderin həyat və fəaliyyətindən danışıblar. Bu dahi şəxsiyyətin Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olduğu, tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi düşdüyünü bildirilib. Ulu öndər Heydər Əliyevin özündə milli liderliklə siyasi liderliyi birləşdirən nadir dövlət xadimlərindən, tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran tək-tək şəxsiyyətlərdən olduğu vurğulanıb.
Tədbirdə Ulu Öndərin fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan danışılaraq, əldə olunan nəticələrin Heydər Əliyev siyasi kursunun qələbəsi olduğunu bildirilib. Mərkəzin ümummilli lider Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənclərin intellektual səviyyələrinin yüksəldilməsində mühüm əhəmiyyətə malik olacağı əminliklə vurğulanıb.

Sumqayıt Dövlət Universitetində Heydər Əliyev mərkəzi açılıb


AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR